15 oktyabr 2026. Cümə axşamı

Frenki de Yonqun yaşıl meydanlara qayıdacağı tarix bəlli oldu


Frenki de Yonqun yaşıl meydanlara qayıdacağı tarix bəlli oldu

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun məşqlərə qayıdacağı tarix bəlli olub.

90deqiqe.Az-ın “AS"a istinadən məlumatına görə, niderlandlı futbolçu oktyabrın 5-də komandanın ümumi məşqlərinə qoşulmalıdır. Lakin onun oyunlara çıxması üçün tibbi icazə alması təxminən üç həftə çəkəcək.

Bildirilir ki, məşqlərə qayıtdıqdan sonra de Yonqun vəziyyəti həkimlər tərəfindən diqqətlə qiymətləndiriləcək və futbolçunun yüklənməsi tədricən artırılacaq.

Hazırkı plana əsasən, 29 yaşlı yarımmüdafiəçi noyabrın 1-də La Liqanın növbəti turunda “Alaves”ə qarşı keçiriləcək ev oyununda meydana çıxa bilər.

Qeyd edək ki, de Yonq zədə səbəbindən 2026/27 mövsümündə hələ “Barselona”nın heyətində meydana çıxmayıb. Kataloniya təmsilçisi La Liqada 7 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir.







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı
Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər