15 oktyabr 2026. Cümə axşamı

Luis Fiqu “Qızıl top”un favoritini açıqlamaqda çətinlik çəkib


Luis Fiqu “Qızıl top”un favoritini açıqlamaqda çətinlik çəkib

“Barselona” və Madrid “Real”ının sabiq yarımmüdafiəçisi, Portuqaliya millisinin keçmiş futbolçusu Luis Fiqu “Qızıl top” uğrunda mübarizədə favoritini müəyyənləşdirməyin çətin olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı əfsanə mükafata namizəd olan futbolçuların adlarını çəkib və öz variantlarını da təqdim edib.

“Çempionlar Liqasını qazanan PSJ-nin futbolçusunu da siyahıya daxil edərdim. Məsələn, Dembele də favoritlər sırasında ola bilər. Həmçinin fantastik mövsüm keçirən Olise və Keyni də unutmaq olmaz”, - deyə Fiqunun sözlərini “La Razon” nəşri yayıb.

Fiqunun fikrincə, Lamin Yamal, Rodri, Kilian Mbappe və Lionel Messi mükafatın ən aşkar favoritləridir.

Qeyd edək ki, “Qızıl top”un qalibi oktyabrın 26-da Londonda keçiriləcək təntənəli mərasimdə açıqlanacaq.

 







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı
Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər