6 oktyabr 2026. Çərşənbə axşamı

“Real Madrid”in müdafiəçisi “Barselona” ilə oyunu buraxa bilər


“Real Madrid”in müdafiəçisi “Barselona” ilə oyunu buraxa bilər

Madrid “Real”ının müdafiəçisi Raul Asensio “Barselona” ilə oyunu buraxa bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Marca” məlumat yayıb.

İspaniyalı futbolçu yanvar ayından tibia sümüyünün sınığından sonra bərpa prosesi keçir. Asensio konservativ müalicə alsa da, onun vəziyyətində irəliləyiş qeydə alınmayıb.

Bu səbəbdən futbolçu və klub yaxın günlərdə əməliyyat qərarı verə bilər.

Əgər cərrahi müdaxilə həyata keçirilsə, Asensionun təxminən 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu isə onun oktyabrın 25-də “Kamp Nou”da keçiriləcək “Barselona” - “Real Madrid” qarşılaşmasında iştirakını mümkünsüz edəcək.

Qeyd edək ki, Asensio cari mövsümdə hələ heç bir oyunda meydana çıxmayıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”