- İspaniya L.L.
- 23:49 29.09.2026
“Barselona”nın hücumçusu Rafinya Dias sentyabr ayının yekunlarına əsasən La Liqanın ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, braziliyalı futbolçu bu mükafata ardıcıl ikinci dəfə sahib olub.
“Barselona” sentyabr ayında İspaniya çempionatında 4 oyun keçirib və bütün görüşlərdən qələbə ilə ayrılıb. Kataloniya təmsilçisi “Valensiya”nı 5:0, “Levante”ni 4:2, “Rasinq”i 7:2, “Sevilya”nı isə 3:1 hesabı ilə məğlub edib.
Rafinya bu qarşılaşmalarda 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 7 turdan sonra 21 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir.