- İspaniya L.L.
- 00:44 01.10.2026
“Barselona”nın prezidenti Joan Laporta Madrid “Real”ı ilə klub arasındakı münasibətlər barədə açıqlama verib.
90deqiqe.Az-ın “De Marke Sports"a istinadən məlumatına görə, Kataloniya klubunun rəhbəri bildirib ki, hazırda iki komanda arasında əlaqələr tamamilə kəsilib. Laporta bunun səbəbinin Madrid təmsilçisinin “Negreyra işi” ilə bağlı mövqeyi olduğunu deyib.
“Real” hər açıqlamasında “Barselona”ya hücum edir. Faktların təhrif olunması ilə razılaşa bilmərik. Ümid edirəm ki, vəziyyət düzələcək və məsələ həll olunacaq. Artıq sizə məlumdur ki, Madrid klubu ilə münasibətlərimiz kəsilib. Onlar “Negreyra işi”nə müdaxilə etdilər.
Bizim fikrimizcə, bunu yalnız prosesin uzadılması, öz televiziya kanallarının redaksiya siyasətinə və əvvəlcədən hazırladıqları narrativə haqq qazandırmaq məqsədilə etdilər. Fikir ayrılığımızın mahiyyəti də məhz budur. Hazırda aramızda heç bir münasibət yoxdur”