- İspaniya L.L.
- 00:44 01.10.2026
“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər sentyabr ayının yekunlarına əsasən Madrid klubunun ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Managing Madrid” məlumat yayıb.
21 yaşlı türkiyəli futbolçu mövsümün əvvəlindən komandanın ən təsirli oyunçularından birinə çevrilib və qol imkanlarının yaradılmasında yüksək göstəricilər nümayiş etdirib.
Mövsümün əvvəlində yüksək rəqabət səbəbindən Gülərin “Real Madrid”in əsas heyətindəki yeri sual altında idi. Lakin futbolçu əsas heyətdə möhkəmlənməyi və Cud Bellinqemlə anlaşma yaratmağı bacarıb.
Hazırda Gülər Türkiyə millisinin düşərgəsindədir. Sentyabr ayında onun komandası Fransa və İtaliyaya məğlub olub. Türkiyə millisi Millətlər Liqasında növbəti oyunlarını oktyabrın əvvəlində Belçika və İtaliyaya qarşı keçirəcək.