2 oktyabr 2026. Cümə

Joze Mourinyo əməliyyat olunan “Real” müdafiəçisinə baş çəkdi


Joze Mourinyo əməliyyat olunan “Real” müdafiəçisinə baş çəkdi

“Real”ın baş məşqçisi Joze Mourinyo əməliyyat olunan komandanın müdafiəçisi Raul Asensioya baş çəkib.

 90deqiqe.Az-ın məlumatına görə, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

“Joze Mourinyo xəstəxanada Raul Asensioya baş çəkib. Baş məşqçimiz sağ baldır sümüyünün stress sınığı səbəbindən uğurlu əməliyyat keçirən “Real” müdafiəçisinin vəziyyəti ilə maraqlanıb”, – deyə klubun yaydığı açıqlamada bildirilib.

Asensionu uzun müddətdir zədə problemi narahat edirdi. O, əvvəlcə konservativ müalicə ilə bərpa olunmağa çalışsa da, bu üsul sınığın sağalmasına kömək etməyib.

Futbolçunun bərpa prosesinin iki-üç ay davam edəcəyi gözlənilir.







İspaniya L.L.