3 oktyabr 2026. Şənbə

“Barselona” abonementləri bahalaşdıracaq? - Klub rəsmisindən açıqlama


“Barselona” abonementləri bahalaşdıracaq?    - Klub rəsmisindən açıqlama

“Barselona” klubu “Kamp Nou” stadionunun yenidən qurulması başa çatdıqdan sonra abonementlərin qiymətini artırmaq variantını nəzərdən keçirir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun vitse-prezidenti Elena Fort açıqlama verib.

“Stadion tam hazır olduqdan sonra hər şeyi yenidən təhlil etməli olacağıq, çünki dəyişikliklər baş verib. Əvvəllər ən bahalı və tələbatın yüksək olduğu yerlər örtüyün altında yerləşirdi. Çünki azarkeşlər yağışdan qorunurdu. İndi isə bütün stadion örtülü olacaq və digər yeniliklər də tətbiq edilib. Buna görə qiymətlərin və yerlərin necə bölüşdürüləcəyinə baxmalıyıq”, – deyə Fort “Betevé”yə müsahibəsində bildirib.

Bununla belə, klub rəsmisi hazırkı abonement sahiblərinin maraqlarının nəzərə alınacağını və ailələr üçün münasib qiymətə seçimlərin saxlanılacağını vurğulayıb.

Fort qeyd edib ki, “Kamp Nou”da bəzi yerlərin abonement qiyməti 2023-cü ildə 180-200 avro təşkil edib. Onun sözlərinə görə, həmin qiymətlər bazar göstəricilərindən xeyli aşağı olub. Buna görə də klub abonement qiymətlərinə yenidən baxmalı, eyni zamanda mövcud abonement sahiblərinin hüquqlarını qorumalıdır.

“Barselona”nın vitse-prezidenti stadionun yenidən qurulmasını həyata keçirən Türkiyənin “Limak” şirkətinin fəaliyyətini də müsbət qiymətləndirib. Fort bildirib ki, klub yenidən belə bir layihə həyata keçirsəydi, podratçı olaraq “Limak”ı yenidən seçərdi.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”