- İspaniya L.L.
- 23:20 02.10.2026
“Real Madrid” və İspaniya millisinin cinah müdafiəçisi Mark Kukurelya “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçu səsvermədə iştirak etsəydi, özünə səs verəcəyini bildirib.
“Mənim səs vermək növbəm olsaydı, özümə səs verərdim. Namizədlərin hamısı həmkarlarımdır. Kim qalib gələcəksə, o da qalib gələcək. Bu qərarı səs verənlərin ixtiyarına buraxıram”, – deyə Kukurelyanın sözlərini İspaniyanın “Marca” qəzeti yayıb.
Qeyd edək ki, “Qızıl top” üçün səsvermə sentyabrın 29-da başa çatıb. Mükafatın nəticələri təqdimetmə mərasiminə qədər gizli saxlanılacaq.
“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
Mükafatın son sahibi isə PSJ və Fransa millisinin vingeri Usman Dembeledir.