4 oktyabr 2026. Bazar günü

“Real Madrid” “Vilyarreal” matçında müdafiədə problem yaşayır


“Real Madrid”  “Vilyarreal” matçında müdafiədə problem yaşayır

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyonun İspaniya çempionatının növbəti turunda “Vilyarreal”a qarşı oyunda müdafiənin mərkəzində kimi oynadacağı məlum olub.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, “Real Madrid” “Vilyarreal”la görüş öncəsi mərkəz müdafiəçiləri baxımından ciddi problem yaşayır. Hazırda komandanın sərəncamında yalnız təcrübəli alman müdafiəçi Antonio Rüdiger var.

Konate, Asensio və Militao zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək. Din Heysen isə ötən turda “Atletiko” ilə Madrid derbisində qırmızı vərəqə aldığı üçün “Villarreal”a qarşı oynaya bilməyəcək.

Məlumata görə, Mourinyo müdafiənin mərkəzində fransalı yarımmüdafiəçi Orelyen Tçuamenidən istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, “Real Madrid” hazırda Mourinyonun rəhbərliyi altında İspaniya çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”