4 oktyabr 2026. Bazar günü

Kunde “Barselona”dakı oyun praktikasının azlığından danışdı


Kunde “Barselona”dakı oyun praktikasının azlığından danışdı

“Barselona”nın müdafiəçisi Jül Kunde komandada kifayət qədər oyun praktikasına malik olmaması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu bunun məşqçinin qərarı olduğunu, eyni zamanda ötən mövsüm nümayiş etdirdiyi performansla əlaqəli olduğunu bildirib.

“Bu, məşqçinin qərarıdır, həm də ötən mövsümün nəticəsidir. Ötən mövsüm öz səviyyəmdən xeyli aşağı çıxış edirdim. Bu çağırışı məmnuniyyətlə qəbul edirəm. İndi ən yaxşı formama qayıda bilib-bilməyəcəyim məndən asılıdır. Optimal vəziyyətdə olduğum zaman bu mövqedə oynaya bilərəm”, - deyə Kunde “Le Parisien”ə açıqlamasında bildirib.

Qeyd edək ki, Kunde cari mövsümdə La Liqada mümkün yeddi oyundan yalnız dördündə meydana çıxıb və məhsuldarlıq göstəricisi ilə yadda qalmayıb. Fransalı müdafiəçi UEFA Çempionlar Liqasında isə bir matçda iştirak edib.

Kundenin “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Futbolçunun hazırkı bazar dəyəri 60 milyon avro qiymətləndirilir.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”