15 oktyabr 2026. Cümə axşamı

“Real” “Barselona”nın cəzalandırılması üçün UEFA-ya müraciət etdi


“Real” “Barselona”nın cəzalandırılması üçün UEFA-ya müraciət etdi

“Real” klubu “Barselona”nın hakimlik proseslərinə təsir göstərdiyini iddia edərək Kataloniya təmsilçisinin cəzalandırılmasına nail olmağa çalışır.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, söhbət “Neqreyra işi” kimi tanınan qalmaqaldan gedir. “Real” bir neçə gün əvvəl məsələ ilə bağlı sənədləri UEFA-ya təqdim edib və bu barədə rəsmi açıqlama yayıb.

“Real”ın prezidenti Florentino Peres “Neqreyra işi”ndən “Barselona” ilə bağlı mövqeyini dəyişmək və Superliqa layihəsinə dəstək verən tərəfdaşlığın dağılmasından sonra kataloniyalılara qarşı mövqeyini sərtləşdirmək üçün istifadə edir.

Qeyd olunur ki, “Barselona”nın Enrikes Neqreyra ilə bağlı ödənişləri ətrafında qalmaqalın ilk günlərində Florentino Peres kataloniya klubunu dəstəkləyib. Lakin sonradan onun mövqeyi tamamilə dəyişib.

Xatırladaq ki, “Barselona” və “Real” Superliqa layihəsini dəstəkləyən son klublar olub. Kataloniya təmsilçisi müəyyən mərhələdə layihədən geri çəkilib. Madrid klubu isə bunu edən sonuncu tərəf olub.







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı
Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər