- İspaniya L.L.
- 21:47 04.10.2026
“Barselona”nın və “Milan”ın sabiq futbolçusu Alexandre Pato İtaliya klubunda çıxış etdiyi dönəmdən maraqlı xatirəsini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, braziliyalı hücumçu “Milan”da oynadığı vaxt Devid Bekhemin ətirindən gizlicə istifadə etdiyini və həmin ətiri çox bəyəndiyini bildirib.
“Bir dəfə duşdan sonra onun ətirini gördüm və gizlicə istifadə etdim. Düzünü desəm, Bekhemi çox bəyənirdim, həmişə bir az ona bənzəmək istəyirdim. Həmin vaxtdan mən də məhz o ətirdən istifadə edirəm”, - deyə Pato “derbyderbyderby.it” saytına açıqlamasında bildirib.
Qeyd edək ki, Aleşandre Pato 2008-2013-cü illərdə “Milan”ın formasını geyinib. Hazırda İtaliya klubu ölkə çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb.