- İspaniya L.L.
- 23:59 05.10.2026
“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin gələcəyi ilə bağlı klub rəhbərliyində qərar verilib.
90deqiqe.Az-ın “AS” nəşrinə istinadən məlumatına görə, Madrid klubu argentinalı mütəxəssislə müqaviləni uzatmaq niyyətindədir. Simeonenin hazırkı sözləşməsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.
Bildirilir ki, klub daxilində Simeonenin komandaya rəhbərlik etməyə davam etməsi və müqaviləsinin uzadılması ilə bağlı ümumi fikir formalaşıb. Tərəflər arasında danışıqlara hələ başlanılmasa da, razılığın əldə olunmasında ciddi problem gözlənilmir.
“Simeone fəaliyyətini davam etdirmək istəyir. Klub da prinsip etibarilə bunu istəyir və razılaşmanın əldə olunması tərəflər üçün ciddi problem olmamalıdır”, – deyə nəşr qeyd edib.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ilin dekabrından “Atletiko”ya rəhbərlik edir. Argentinalı mütəxəssis Madrid klubunun baş məşqçisi kimi artıq 800-dən çox oyuna çıxıb.