- İspaniya L.L.
- 23:59 05.10.2026
“Barselona” Rafinya Diasla yeni müqavilə üzrə razılaşmanı artıq bu həftə rəsmiləşdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Touchline” məlumat yayıb.
Daha əvvəl “Barselona”nın üç futbolçu ilə yeni müqavilə imzalayacağı bildirilmişdi. Onlardan birinin Rafinya olduğu qeyd olunurdu.
Braziliyalı futbolçunun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Rafinya “Lids”dən transfer olunduqdan sonra artıq beşinci mövsümünü “Barselona”da keçirir.
27 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 14 qol vurub. Bu göstərici oktyabr ayı etibarilə onu Avropanın aparıcı çempionatlarında ən məhsuldar futbolçu edir.