6 oktyabr 2026. Çərşənbə axşamı

Tçuameni “Real Madrid”lə yeni müqavilə imzaladı


Tçuameni “Real Madrid”lə yeni müqavilə imzaladı

“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameni Madrid klubu ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb.

90deqiqe.Az-ın “Madrid Universal"a istinadən məlumatına görə, müqavilənin uzadılması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Mənbənin bildirdiyinə görə, fransalı futbolçu yeni sözləşmə ilə bağlı razılığa bir neçə ay əvvəl gəlib. Lakin yalnız indi bu məsələ rəsmiləşdirilib.

Tçuameni 2022-ci ilin yayında “Monako”dan “Real Madrid”ə transfer olunub. O, uzunmüddətli perspektivdə Kazemironun əvəzləyicisi kimi nəzərdən keçirilib. Madrid klubunda müxtəlif dövrlər yaşamasına baxmayaraq, fransalı yarımmüdafiəçi bütün baş məşqçilərin dönəmində əsas oyunçulardan biri olaraq qalıb.

Qeyd edək ki, “Real Madrid” daha əvvəl Arda Gülərin müqaviləsini uzadıb. Klubun yaxın vaxtlarda Cud Bellinqemlə də yeni sözləşmə imzalayacağı gözlənilir.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”