- İspaniya L.L.
- 23:26 07.10.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qarşıdakı matç üçün çətin qərar verə bilər.
90deqiqe.Az-ın “El Nacional"a istinadən məlumatına görə, Kataloniya klubunun vingeri Lamin Yamal İspaniya çempionatında “Xetafe”yə qarşı keçiriləcək oyunda start heyətində yer almaya bilər.
Flik 19 yaşlı futbolçunun fiziki durumundan narahatdır. Yamal sentyabr-oktyabr aylarında İspaniya millisinin Millətlər Liqasındakı dörd qarşılaşmasının hamısında start heyətində meydana çıxıb. O, həmin oyunlarda müvafiq olaraq 90, 68, 45 və 78 dəqiqə meydanda olub.
“Barselona” “Xetafe” ilə şənbə günü, oktyabrın 10-da qarşılaşacaq. Bundan cəmi üç gün sonra – oktyabrın 13-də – Hans-Diter Flikin komandası Çempionlar Liqasının II turunda səfərdə “Qalatasaray”la üz-üzə gələcək.
Bu səbəbdən almaniyalı mütəxəssisin Yamalı “Qalatasaray”la vacib görüş öncəsi qorumaq üçün “Xetafe” matçında ehtiyatda saxlaya biləcəyi bildirilir.