- İspaniya L.L.
- 23:36 08.10.2026
“Barselona”nın qapıçısı Joan Qarsiya şənbə günü “Xetafe”yə qarşı keçiriləcək oyunu buraxa bilər.
90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, qapıçı üç həftə əvvəl “Rasinq”lə matçda aldığı zədədən sonra dizində ağrılar hiss etməkdə davam edir.
Joan Qarsiya çərşənbə günündən etibarən komanda ilə ümumi məşqlərdə iştirak edir və demək olar ki, tam bərpa olunub. Buna baxmayaraq, onun qarşıdakı görüşdə iştirakı hələ də sual altındadır.
Qərar futbolçunun özünü necə hiss etməsindən və diz nahiyəsindəki şişkinliyin vəziyyətindən asılı olacaq. Məsələyə cümə günü keçiriləcək son məşqdən sonra və ya birbaşa matç günü aydınlıq gələcəyi gözlənilir.
Qarsiya oynaya bilməsə, onun yerini böyük ehtimalla sonuncu “Sevilya” matçında start heyətində meydana çıxan Dominik Livakoviç tutacaq.