9 oktyabr 2026. Cümə

“Barselona” 19 yaşlı futbolçusu ilə müqaviləni uzadır


“Barselona” 19 yaşlı futbolçusu ilə müqaviləni uzadır

“Barselona” müdafiəçisi Xavi Espartla müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.

90deqiqe.Az--ın məlumatına görə, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçunun yeni müqaviləsi 2030-cu ilə qədər qüvvədə olacaq. Razılaşmanın yaxın günlərdə rəsmən imzalanacağı gözlənilir.

Xavi Espart 2015-ci ildə “Barselona” akademiyasına qoşulub. O, əsas komandada debütünü 2026-cı ilin martında edib.

Müdafiəçi cari mövsümdə “Barselona”nın heyətində La Liqada 5 oyun keçirib. O, bu matçlarda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”