10 oktyabr 2026. Şənbə

“Malaqa” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu


“Malaqa” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

İspaniya çempionatının səkkizinci turunda “Malaqa” və “Espanyol” komandaları üz-üzə gəlib.

 90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahibləri məğlubiyyətdən əlavə olunmuş dəqiqələrdə vurulan qolla xilas olublar.

Oyunda hesabı 13-cü dəqiqədə Brayan Saraqosa açıb. O, “Espanyol”u önə keçirib. Bundan sonra qonaqlar üstünlüyünü qorumağa çalışıblar, “Malaqa” isə bərabərlik qolunu vurmaq üçün hücumlarını davam etdirib.

Görüşün əsas vaxtında hesab dəyişməyib. Lakin 90+3-cü dəqiqədə Adrian Ninyo fərqlənərək “Malaqa”ya bir xal qazandırıb.







İspaniya L.L.