- İspaniya L.L.
- 01:22 10.10.2026
“Atletiko Madrid” “Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin zədədən sonra bərpa olunması ilə bağlı paylaşım edib.
90deqiqe.Az-ın məlumatına görə, klubun paylaşımında “Real”ın tibbi heyətinə kinayəli şəkildə müraciət olunub:
“Tarix yazmağa davam etdiklərinə və dünya tibb ictimaiyyətinin 100 faizinin yanıldığını sübut etdiklərinə görə “Real”ı təbrik etmək istərdik”, – deyə “Atletiko”nun açıqlamasında bildirilib.
Qeyd edək ki, sentyabrın 20-də keçirilən Madrid derbisində “Atletiko” 2:1 hesabı ilə qalib gəlib. Görüşün ilk hissəsində Li Kan-İnin sərt müdaxiləsindən sonra Valverdenin sol topuğundan zədə aldığı bildirilmişdi. Müayinələrin nəticəsinə əsasən, “Real” futbolçunun bağlarında üçüncü dərəcəli dartılma olduğunu açıqlamışdı.
Valverde artıq oktyabrın 10-da “Vilyarreal”a qarşı keçiriləcək matç üçün “Real”ın iştirak ərizəsinə daxil edilib.