11 oktyabr 2026. Bazar günü

“Real” “Vilyarreal”ı bir qolla məğlub etdi


“Real” “Vilyarreal”ı bir qolla məğlub etdi

İspaniya La Liqasının 8-ci turunda Madrid “Real”ı doğma meydanda “Vilyarreal”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini 62-ci dəqiqədə vurulan yeganə qol həll edib. “Real”ın yarımmüdafiəçisi Yan Diomande fərqlənərək komandasına qələbə qazandırıb. Bu qol futbolçunun Madrid klubunun heyətində ilk qolu olub.

Qarşılaşmanın 74-cü dəqiqəsində isə “Real”ın cinah hücumçusu Vinisius Junior birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. O, rəqib futbolçunun saçından tutduğu üçün meydandan qovulub.

Beləliklə, Madrid “Real”ı çempionatda keçirdiyi səkkiz oyundan sonra 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Vilyarreal” isə 8 xalla 13-cü yerdədir.

Qeyd edək ki, “Vilyarreal” növbəti matçını oktyabrın 17-də doğma meydanda “Elçe”yə qarşı keçirəcək. “Real” isə bir gün sonra “Sevilya” ilə qarşılaşacaq.







İspaniya L.L.