11 oktyabr 2026. Bazar günü

“Real”da Joze Mourinyo ilə bağlı narazılıq yaranıb


“Real”da Joze Mourinyo ilə bağlı narazılıq yaranıb

“Real”ın futbolçuları baş məşqçi Joze Mourinyonun iş metodlarından narazıdırlar.

90deqiqe.Az-ın “The Touchline"yə istinadən məlumatına görə, bir neçə futbolçu portuqaliyalı mütəxəssisin komanda oyunu sistemini qurmaq əvəzinə, daha çox fərdi ustalığa güvənməsindən narazılığını bildirib.

Mənbənin sözlərinə görə, Madrid klubunun paltardəyişmə otağında fikir ayrılıqları dərinləşir. Komanda daxilində fərqli qrupların “Real”a hansı tip baş məşqçinin lazım olması ilə bağlı gözləntiləri üst-üstə düşmür.

Maraqlı məqam ondan ibarətdir ki, Xabi Alonso məhz həddindən artıq mürəkkəb taktiki yanaşmasına görə “Real”dan göndərilmişdi. İndi isə bəzi futbolçular Mourinyonu taktiki baxımdan kifayət qədər dərin yanaşma sərgiləməməkdə tənqid edirlər.

Qeyd edək ki, daha əvvəl də “Real”ın daxilindəki atmosferlə bağlı problemlərin olduğu bildirilmişdi.







İspaniya L.L.

Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər