- İspaniya L.L.
- 18:42 11.10.2026
“Real”ın hücumçusu Vinisius Junior “Vilyarreal”la ötən gün keçirilən matçda rəqib futbolçunun saçından tutduğu üçün qırmızı vərəqə alıb.
90deqiqe.Az-ın “The Touchline"yə istinadən məlumatına görə, Madrid klubunda braziliyalı futbolçunun üç oyunluq diskvalifikasiya ediləcəyini düşünürlər. “Kral klubu” apellyasiya vasitəsilə cəzanın iki oyuna endirilə biləcəyinə ümid edir.
Lakin bu halda belə Vinisiusun “El-Klasiko”nu buraxacağı gözlənilir. Klub rəhbərliyi braziliyalı hücumçunun “Barselona” ilə matçda iştirak edə bilməyəcəyini nəzərə alaraq, həmin qarşılaşmada ona güvənmir.
Qeyd edək ki, “Real” oktyabrın 25-də səfərdə “Barselona” ilə qarşılaşacaq.