11 oktyabr 2026. Bazar günü

“Betis” “Osasuna”nı darmadağın etdi


“Betis” “Osasuna”nı darmadağın etdi

İspaniya La Liqasının VIII turunda “Betis” öz meydanında “Osasuna” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 10-cu dəqiqədə açılıb. İsko penaltini dəqiq yerinə yetirərək “Betis”i önə çıxarıb. 31-ci dəqiqədə Əbdə Əzzalzuli fərqi iki topa çatdırıb.

İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə Dieqo Lyorente meydan sahiblərinin üçüncü qolunu vurub. Lakin “Osasuna” qısa müddətdə fərqi azaldıb. Əvvəlcə 51-ci dəqiqədə Ante Budimir, daha sonra isə 56-cı dəqiqədə Raul Qarsiya fərqlənərək hesabı 3:2-yə çatdırıb.

Bununla belə, “Betis” üstünlüyünü qoruyub. İsko 67-ci dəqiqədə ikinci qolunu vuraraq dubl edib. Qarşılaşmanın 90+6-cı dəqiqəsində Xose Antonio Morante yekun nəticəni müəyyənləşdirib – 5:2.

Beləliklə, “Betis” doğma meydanda inamlı qələbə qazanıb.







İspaniya L.L.

Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər