12 oktyabr 2026. Bazar ertəsi

“Barselona” rəsmisi Vitor Rokenin uğursuzluğunun səbəbini açıqladı


“Barselona” rəsmisi Vitor Rokenin uğursuzluğunun səbəbini açıqladı

“Barselona”nın skaut departamentinin rəhbəri Joau Amaral komandanın sabiq hücumçusu Vitor Rokenin Kataloniya klubunda özünü göstərə bilməməsinin səbəbləri barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Amaralın sözlərinə görə, Rokenin oyun tərzi “Barselona”ya uyğun olsa da, onun kluba gəliş vaxtı uyğun olmayıb.

“Rokenin futbolçu profili “Barselona”ya uyğun gəlirdi, lakin vaxt məsələsi problem yaratdı. O, yanvarda gəldi və dərhal medianın diqqət mərkəzinə düşdü. Cənubi amerikalı futbolçuların Avropa futboluna uyğunlaşması üçün adətən lazım olan 5-6 ay ona çatmadı”, – deyə Amaralın sözlərini “Barca Buzz” sitat gətirib.

Qeyd edək ki, braziliyalı futbolçu 2024-cü ilin əvvəlində 30 milyon avro qarşılığında “Atletiko Paranaense”dən “Barselona”ya keçib. Lakin gənc hücumçu əsas komandada möhkəmlənə bilməyib. O, “Betis”də icarə əsasında çıxış etdikdən sonra 2025-ci ilin fevralında 25,5 milyon avroya “Palmeyras”a satılıb.

Əlavə edək ki, hazırda 21 yaşı olan Vitor Roke “Palmeyras”ın əsas heyətində çıxış edir. Braziliyalı hücumçu komandanın heyətində keçirdiyi 93 matçda 29 qol vurub.







İspaniya L.L.

Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər