12 oktyabr 2026. Bazar ertəsi

“Valensiya” səfərdə “Rasinq”lə heç-heçə etdi


“Valensiya” səfərdə “Rasinq”lə heç-heçə etdi

İspaniya çempionatının VIII turu çərçivəsində “Rasinq” və “Valensiya” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçın ikinci dəqiqəsində Dani Raba “Valensiya”nı hesabda önə keçirib. Meydan sahibləri 32-ci dəqiqədə Yassir Zabirinin qolu ilə tarazlığı bərpa ediblər.

İkinci hissəyə fəal başlayan “Rasinq” 47-ci dəqiqədə İvan Martinin dəqiq zərbəsi ilə hesabda önə keçib. Lakin “Valensiya” təslim olmayıb. Görüşün 65-ci dəqiqəsində David Otorbi fərqlənərək yekun hesabı müəyyənləşdirib — 2:2.







İspaniya L.L.

Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər