13 oktyabr 2026. Çərşənbə axşamı

Vinisius “Vilyarreal”la oyundan sonra La Liqa rəsmisi ilə mübahisə edib


Vinisius “Vilyarreal”la oyundan sonra La Liqa rəsmisi ilə mübahisə edib

“Real Madrid”in hücumçusu Vinisius Junior “Vilyarreal”la oyunda qırmızı vərəqə aldıqdan sonra La Liqanın matçlar üzrə direktoru Luis Lopesə əl qaldırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist İsaak Futo məlumat verib.

“Bu hadisə VAR zonasının yaxınlığında baş verdi. Əvvəlcə düşündüm ki, Vinisius onu videoarbitrlərdən biri ilə səhv salıb. Lakin mənə dedilər ki, onun La Liqa əməkdaşı olduğunu bilirdi. Bundan əlavə, “Lənətə gəlmiş liqa” ifadəsini işlətdi”, – deyə Futo DAZN telekanalının efirində bildirib.

Qeyd edək ki, “Real Madrid” İspaniya çempionatının VIII turunda “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub edib. Görüşün 72-ci dəqiqəsində hakim İsіdro Dias de Mera Vinisiusun qolunu qeydə almayıb və futbolçuya qırmızı vərəqə göstərib. Buna səbəb braziliyalı hücumçunun rəqib futbolçu Natan Salibanın saçından tutması olub.

Madrid klubu Vinisiusun meydandan qovulması ilə bağlı qərardan şikayət verməyi planlaşdırır. Bununla belə, “Real Madrid”də futbolçunun cəzasının azaldılacağına çox da ümid etmirlər.







İspaniya L.L.

Vinisius “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 18:35 11.10.2026
Vinisius “El-Klasiko”nu buraxa bilər