- İspaniya L.L.
- 23:25 14.10.2026
“Real Madrid”in hücumçusu Vinisius Junior İspaniya La Liqasında diskvalifikasiya edilib.
90deqiqe.Az-ın məlumatına görə, braziliyalı futbolçu “Vilyarreal”la (1:0) son oyunda rəqibinin saçından dartdığı üçün meydandan qovulub.
İntizam Komitəsi Vinisiusu dörd oyunluq cəzalandırıb. Qərara əsasən, futbolçu top uğrunda mübarizə zamanı deyil, rəqibinin saçından dartdığına görə iki oyunluq diskvalifikasiya alıb. O, meydandan qovulduqdan sonra aqressiv davranışına görə daha iki oyunluq cəzaya məruz qalıb.
Beləliklə, Vinisius La Liqada “Sevilya”, “Barselona”, “Rasinq” və “Valensiya” ilə oyunları buraxacaq.