- İspaniya L.L.
- 16:31 15.10.2026
İspaniyanın “Barselona” klubu oktyabrın 26-da La Liqada “Real Madrid”lə keçirəcəyi El-Klasiko matçında GOLF WANG brendinin loqosunu daşıyan xüsusi forma ilə meydana çıxacaq.
90deqiqe.Az-ın ESPN nəşrinə istinadən məlumatına görə, xüsusi dizaynlı formada “Spotify” loqosu amerikalı reper Taylerin (Tyler, The Creator) yaratdığı GOLF WANG brendinin emblemi ilə əvəzlənəcək.
Bu, “Barselona” ilə “Spotify” arasında sponsorluq müqaviləsi çərçivəsində klubun formasında sənətçi brendinin doqquzuncu dəfə təqdim olunması olacaq.
Xüsusi forma oktyabrın 24-də “Barselona”nın qadınlardan ibarət komandasının “Qranada” ilə qarşılaşmasında da istifadə ediləcək. Klubun yaranma tarixinə — 1899-cu ilə istinad olaraq, satışa cəmi 1899 ədəd forma çıxarılacaq.
Qeyd edək ki, GOLF WANG küçə geyimləri və moda brendi amerikalı reper Tayler tərəfindən 2011-ci ildə yaradılıb. Tərəfdaşlıq çərçivəsində xüsusi geyim kolleksiyası da təqdim olunacaq.
Xatırladaq ki, “Barselona” – “Real Madrid” El-Klasiko matçı oktyabrın 26-da keçiriləcək.