17 oktyabr 2026. Şənbə

Niko Uilyams “Atletik”dən ayrılmağa yaxın olub


Niko Uilyams “Atletik”dən ayrılmağa yaxın olub

İspaniyanın “Atletik” klubunun futbolçusu Niko Uilyams 2024-cü ilin yayında komandadan ayrılmağı düşünüb. Lakin vinger sonda Bilbao təmsilçisində qalmaq qərarına gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə onun agenti Feliks Taynnta məlumat verib.

“Hamı 2024-cü ilin yayında, Avropa çempionatından sonra “Barselona”nın Nikoya maraq göstərdiyini xatırlayır. “Barselona”, “Arsenal”, “Bavariya”, “Liverpul”, PSJ... Bütün klubların adını sadalaya bilərəm. Hamı Nikonu transfer etmək istəyirdi və onun bu təkliflərdən imtina etməsi asan deyildi”, – deyə agent “Los Fulanos” podkastına müsahibəsində bildirib.

Taynntanın sözlərinə görə, Uilyams ən nüfuzlu titulları qazanmaq istədiyi üçün ayrılmaq barədə ciddi düşünüb. Lakin “Barselona” transferin baş tutması üçün ona lazımi təminatları verə bilməyib.

Nəticədə Uilyams “Atletik”də qalmağa qərar verib. Onun klubla müqaviləsi 2035-ci ilə qədər qüvvədədir.







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı