17 oktyabr 2026. Şənbə

“Lunin oynamağa layiqdir, zarafat etmirəm”


“Lunin oynamağa layiqdir, zarafat etmirəm”

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo komandanın ikinci qapıçısı Andrey Lunin barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, “Madrid Xtra” Mourinyonun sözlərini belə çatdırıb.

“Real”da oynamağa layiq olan çoxlu futbolçu var. Heyətdə 15-16 oyunçu meydana çıxmağa layiqdir. Lunin də oynamağa layiqdir və mən zarafat etmirəm. O, hər gün dünyanın ən yaxşı qapıçısının yanında inanılmaz dərəcədə səylə çalışır, müsbət əhval-ruhiyyəsini qoruyur, lakin oyun şansı qazanmır. Mən onların hər ikisini eyni vaxtda meydana buraxa bilmərəm”

Qeyd edək ki, Tibo Kurtua cari mövsümdə bütün turnirlərdə 10 matçda iştirak edib. Belçikalı qapıçı bu görüşlərdə 12 qol buraxıb və iki dəfə qapısını toxunulmaz saxlayıb.

Andrey Lunin isə cari mövsümdə hələ meydana çıxmayıb.







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı