17 oktyabr 2026. Şənbə

Mourinyo “Real”ın qış transfer planları barədə danışdı


Mourinyo “Real”ın qış transfer planları barədə danışdı

“Real”ın baş məşqçisi Joze Mourinyo qış transfer pəncərəsində heyətin gücləndirilməsi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis yanvarda yeni futbolçuların transferini tələb etmədiyini bildirib.

“Yanvarda yeni futbolçuların alınmasını istəmirəm, hazırkı heyətdən razıyam. Futbolçular inkişaf edirlər. Mənim vəzifəm onlara bu prosesdə kömək etməkdir. Daim yeni oyunçuların alınmasını tələb edən məşqçilərdən deyiləm. Kiçik heyətlə işləməyə üstünlük verirəm”, – deyə Mourinyonun sözlərini “Madrid Xtra” nəşri sitat gətirib.

Bununla belə, o, klub rəhbərliyinin hər hansı futbolçunun transferini təklif edəcəyi halda, məsələnin müzakirə oluna biləcəyini istisna etməyib.

Qeyd edək ki, “Real” yay transfer pəncərəsində yeni oyunçuların alınmasına təxminən 225 milyon avro xərcləyib. Bu məbləğin 125 milyon avrosu Yan Diomandeyə sərf olunub.

La Liqada səkkiz turdan sonra Madrid təmsilçisi 18 xalla dördüncü pillədə qərarlaşıb.







İspaniya L.L.

Vinisius Junior dörd oyunluq cəza aldı
  • İspaniya L.L.
  • 23:25 14.10.2026
Vinisius Junior dörd oyunluq cəza aldı