- İspaniya L.L.
- 16:20 17.10.2026
“Real”ın baş məşqçisi Joze Mourinyo Vinisius Juniorun Çempionlar Liqasında “Leypsiq”ə qarşı keçiriləcək matçda start heyətində meydana çıxa biləcəyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis braziliyalı hücumçunun daha çox çalışmalı olduğunu vurğulayıb.
“Vinisius daha səylə çalışmalıdır. Heç nəyə zəmanət vermirəm, amma düşünürəm ki, o, “RB Leypsiq”lə oyuna əsas heyətdə başlayacaq. Dörd oyunluq cəzasına gəlincə, əksinə, buna sevinirəm. Düşünürdüm ki, ona əlavə bir neçə oyunluq cəza da verəcəklər”, – deyə Mourinyonun sözlərini “Madrid Xtra” nəşri sitat gətirib.
Qeyd edək ki, Vinisius bu mövsüm bütün turnirlərdə 10 oyunda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə verib.
“Real” oktyabrın 18-də İspaniya çempionatında “Sevilya” ilə, oktyabrın 21-də isə Çempionlar Liqasında “Leypsiq”lə qarşılaşacaq.