- İspaniya L.L.
- 16:20 17.10.2026
“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın türkiyəli yarımmüdafiəçisi Arda Gülər barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis futbolçunun zəhmətkeşliyini və çox yönlü oyun imkanlarını xüsusi vurğulayıb.
“Gülər çox çalışır. Məncə, onun zəhmətini lazımi səviyyədə qiymətləndirmək sizin üçün çətindir. Arda çox istedadlı futbolçudur və xoşbəxtlikdən, hələ potensialının son həddinə çatmayıb. O, müxtəlif mövqelərdə oynamaq üçün lazım olan keyfiyyətlərə malikdir. Ondan çox razıyam”, – deyə Mourinyonun sözlərini “Madrid Xtra” nəşri sitat gətirib.
Qeyd edək ki, 21 yaşlı Arda Gülər bu mövsüm bütün turnirlərdə doqquz oyunda iştirak edib, bir qol vurub və beş məhsuldar ötürmə verib.
Transfermarkt portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 100 milyon avrodur.