- İspaniya L.L.
- 23:56 17.10.2026
İspaniya La Liqasının 9-cu turunda “Atletiko” səfərdə “Espanyol”u 1:0 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Barselonadakı “Kornelya-El Prat” stadionunda keçirilən görüşün taleyini 90-cı dəqiqədə Aleks Baenanın vurduğu qol həll edib.
Bu qələbədən sonra xallarını 22-yə çatdıran Madrid klubu turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Espanyol” isə 8 xalla 14-cü yerdədir.
Qeyd edək ki, oktyabrın 24-də “Espanyol” səfərdə “Rasinq”lə, “Atletiko” isə doğma meydanda “Deportivo” ilə qarşılaşacaq.