19 oktyabr 2026. Bazar ertəsi

“Xetafe” Serxio Ramosla maraqlanır


“Xetafe” Serxio Ramosla maraqlanır

“Xetafe” klubunun prezidenti Anxel Torres Madrid “Real”ının sabiq müdafiəçisi Serxio Ramosu transfer etmək ehtimalını nəzərdən keçirdiklərini təsdiqləyib.

90deqiqe.Az-ın məlumatına görə, funksioner bu barədə “Tablero Deportivo” proqramının efirində bildirib.

“Biz bir müddətdir bu variantı nəzərdən keçiririk. Ramos komandamıza qoşula bilər və potensial transferlər siyahısına daxildir”

Klub prezidenti artıq futbolçunun qardaşı və agenti Rene Ramosla danışıqlar apardığını söyləyib. Bununla belə, Torres mərkəz müdafiəçisinin transferinin hazırda “Xetafe” üçün prioritet olmadığını vurğulayıb. Klub ilk növbədə hücumun cinahlarını gücləndirmək niyyətindədir.

Ramos son rəsmi oyununu 2025-ci ilin dekabrında Meksikanın “Monterrey” klubunda keçirib. Onun komandadakı müqaviləsi ilin sonunda başa çatıb və müdafiəçi yanvarın 1-dən etibarən klubsuzdur. Buna baxmayaraq, Ramos karyerasını başa vurmağı planlaşdırmır.

Qeyd edək ki, “Xetafe”yə keçəcəyi təqdirdə Ramos ötən həftə kluba qoşulan Dani Karvaxalla yenidən eyni komandada çıxış edə bilər.







İspaniya L.L.

“Xetafe” Serxio Ramosla maraqlanır
  • İspaniya L.L.
  • 00:41 19.10.2026
“Xetafe” Serxio Ramosla maraqlanır