- İspaniya L.L.
- 01:05 19.10.2026
İspaniya La Liqasının 2026/2027 mövsümünün IX turunda Madrid “Real”ı doğma meydanda “Sevilya”nı 4:1 hesabı ilə məğlub edib.
90deqiqe.A-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşü Mateo Buskets Ferrer idarə edib.
Matçın 30-cu dəqiqəsində Arda Gülər Yan Diomandenin ötürməsindən sonra bir toxunuşla zərbə endirərək hesabı açıb. 37-ci dəqiqədə Kilian Mbappe qapıçı ilə təkbətək mübarizədən qalib ayrılaraq madridlilərin üstünlüyünü artırıb.
67-ci dəqiqədə özü qazandığı penaltini “panenka” zərbəsi ilə dəqiq yerinə yetirən Mbappe hesabı 3:0 edib. 80-ci dəqiqədə Manuel Bueno qonaqların qollarından birinin əvəzini çıxıb. Lakin cəmi iki dəqiqə sonra Diomande “Real Madrid”in dördüncü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib – 4:1.
Qeyd edək ki, “Real Madrid” növbəti turda “Barselona” ilə qarşılaşacaq. Madrid klubu 21 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və lider “Barselona”dan 6 xal geri qalır. “Sevilya” isə 14 xalla altıncı yerdədir.