- İspaniya L.L.
- 22:55 19.10.2026
“Barselona”nın prezidenti Joan Laporta PSJ-nin Lamin Yamalı daha yüksək maaş təklif edərək heyətinə qatmaq ehtimalından narahat olmadığını bildirib.
90deqiqe.Az-ın “The Touchline” nəşrinə istinadən məlumatına görə, klub rəhbəri bu barədə jurnalistlərin suallarını cavablandırarkən Kataloniya təmsilçisinin futbolçularına layiqli məvacib ödədiyini vurğulayıb.
“Xeyr, narahat deyilik. Öz gücümüzə inanırıq. “Barselona” futbolçularına yaxşı maaş verir. Həmişə belə olub. Əsas məsələ oyunçuların klubda özlərini rahat hiss etmələridir. “Barselona”dan kənarda hava çox soyuqdur! Burada isə biz xoşbəxtik!
“Barselona” yaxşı təşkil olunmuş, düzgün strukturlaşdırılmış və səmərəli idarə edilən çoxidmanlı klubdur. Futbolçular da bunu qiymətləndirirlər”, – deyə Laporta bildirib.
Qeyd edək ki, Lamin Yamal 2026/2