19 oktyabr 2026. Bazar ertəsi

Laportadan Mbappe və “Real”la bağlı sərt açıqlamalar


Laportadan Mbappe və “Real”la bağlı sərt açıqlamalar

“Barselona”nın prezidenti Joan Laporta “Real”ın 2024-cü ilin yayında Kilian Mbappeni transfer etməsi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “The Touchline” nəşrinə istinadən məlumatına görə, klub rəhbəri Madrid təmsilçisinin transfer siyasətini tənqid edib və komanda ruhunun vacibliyini vurğulayıb.

“Mən bunu əvvəllər də demişəm. Bir hinə iki xoruz sığmaz. Bu, heç vaxt işləmir! Futbolda əsas olan komanda və kollektiv ruhudur. Bunlar olmadan heç bir layihə uğur qazana bilməz. Bu, “Barselona”nın güclü tərəflərindən biridir.

Akademiyamızın yetirmələri və fərqli futbol mədəniyyətlərindən gələn oyunçular da daxil olmaqla, möhtəşəm istedadlara sahibik. Bununla belə, aralarında əla anlaşma olan kollektiv yaratmağı bacarmışıq. Buna həm baş məşqçimizin, həm də idman direktorunun yüksək səviyyəli fəaliyyəti sayəsində nail olmuşuq.

“Real” isə fərdi ulduzlara və səs-küylü transferlərə üstünlük verdi. Məncə, Madrid klubu nüfuzunu itirib. İndi isə “Neqreyra işi” ilə bağlı yalanlar yayaraq özlərinə haqq qazandırmağa çalışırlar. Onlar artıq iki ildir heç nə qazana bilmirlər. Biz isə qalib gəlirik və bütün titullara iddialıyıq!”, – deyə Laporta bildirib.

Qeyd edək ki, “Barselona” çərşənbə axşamı UEFA Çempionlar Liqasının III turu çərçivəsində səfərdə PSJ ilə qarşılaşacaq.







İspaniya L.L.

“Xetafe” Serxio Ramosla maraqlanır
  • İspaniya L.L.
  • 00:41 19.10.2026
“Xetafe” Serxio Ramosla maraqlanır