- İspaniya L.L.
- 23:09 21.10.2026
Madrid “Real”ının qapıçısı Tibo Kurtua komanda yoldaşı Vinisius Juniorun guya əkizi ilə əvəzlənməsi barədə yayılan şayiələrə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, “Madrid Zone” belçikalı qolkiperin sözlərini belə çatdırıb.
“Əlbəttə ki, yox. Bu, əsl Vinisiusdur. İnsanlar sadəcə fotoların görünüşünü dəyişmək üçün “Photoshop”dan istifadə edirlər. Kimsə daim nəsə uydurur və bu, qəfildən viral olur”
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə əsl Vinisiusun öldüyü, onun əvəzinə isə Madrid klubunda ona bənzəyən başqa bir şəxsin çıxış etdiyi barədə iddialar yayılıb. Bu fərziyyəni əsaslandırmaq üçün müxtəlif fotolar da təqdim olunub.
Əlavə edək ki, Vinisius cari mövsümdəki çıxışına görə tənqid olunur. Mənbənin məlumatına görə, braziliyalı futbolçu Joze Mourinyonun rəhbərliyi altında “Real”ın heyətində 10 matçda meydana çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib.