- İspaniya L.L.
- 23:09 21.10.2026
İspaniya La Liqasının prezidenti Xavyer Tebas Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantinonun fəaliyyətindən narazılığını ifadə edib.
90deqiqe.Az-ın məlumatına görə, Tebas bu barədə “L’Équipe” nəşrinə açıqlamasında danışıb.
“Mən on ildir ona qarşı çıxıram və fikrim dəyişməyib. FIFA-nın imici uzun illər ərzində ciddi şəkildə zədələnib. İnfantinonun reputasiyasının qüsursuz olmaqdan uzaq olduğu isə açıq-aşkardır”, – deyə Tebas bildirib.
La Liqanın rəhbəri İnfantinonun qərarları birtərəfli qaydada qəbul etməsindən narazıdır. Tebasın fikrincə, FIFA prezidentinin fəaliyyəti milli çempionatlara və futbolçulara zərər vurur.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-nın prezidentidir. O, daha əvvəl 2027-ci ildə keçiriləcək növbəti seçkilərdə federasiya rəhbəri vəzifəsinə yenidən namizəd olmaq niyyətini açıqlayıb.