23 oktyabr 2026. Cümə

Levandovski “Qızıl top”u Lamin Yamalın qazanmasını istəyir


Levandovski “Qızıl top”u Lamin Yamalın qazanmasını istəyir

“Barselona”nın sabiq hücumçusu Robert Levandovski “Qızıl top” mükafatı uğrunda mübarizə ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, polşalı futbolçu “The Athletic” nəşrinə müsahibəsində builki mübarizənin daha açıq xarakter aldığını bildirib.

“Hazırda mübarizə daha açıqdır. Təxminən 10 futbolçunun adını çəkmək olar və onların hər birinin “Qızıl top”u qazanmağa layiq olduğunu əsaslandıran arqumentlər tapmaq mümkündür. Təbii ki, mən mükafatın Lamin Yamalın qazanmasını istəyirəm. O, xüsusilə yaşını nəzərə alsaq, möhtəşəmdir”, – deyə Levandovski bildirib.

Polşalı hücumçu, həmçinin Harri Keyn və Maykl Olisenin “Bavariya”dakı çıxışlarını yüksək qiymətləndirib.

“Olise sadəcə möhtəşəmdir! O, istənilən oyunun gedişatını dəyişə biləcək futbolçudur. Məncə, Keyn, Olise və Diasın bir-biri ilə anlaşması ideal bir kombinasiyadır”, – deyə Levandovski vurğulayıb.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Hazırda Robert Levandovski ABŞ-nin “Çikaqo Fayr” klubunda çıxış edir.







İspaniya L.L.

“Xetafe” Serxio Ramosla maraqlanır
  • İspaniya L.L.
  • 00:41 19.10.2026
“Xetafe” Serxio Ramosla maraqlanır