23 oktyabr 2026. Cümə

“Uduzmağı sevmirəm”


“Uduzmağı sevmirəm”

“İnter Mayami”nin hücumçusu Lionel Messi məşqlərin futbolçunun inkişafındakı əhəmiyyətindən danışıb.

90deqiqe.Az xəbər verir ki, argentinalı ulduz bu barədə fikirlərini bölüşərkən məşqlərdə də qələbəyə xüsusi önəm verdiyini bildirib.

“Necə məşq edirsənsə, elə də oynayırsan” ifadəsi sadəcə söz deyil. Mən uşaqlıqdan həddindən artıq rəqabətcil olmuşam. Hətta məşqlərdə keçirilən kiçik oyunlarda belə uduzmağı sevmirəm. Məhz məşqlər zamanı özünü təkmilləşdirir, oyunlar öncəsi bacarıqlarının sayını və səviyyəsini artırırsan”, – deyə Messi bildirib.

Qeyd edək ki, Lionel Messi karyerası ərzində səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb. 39 yaşlı argentinalı futbolçu bu yaxınlarda Argentina millisinin heyətində vida matçına çıxıb.







İspaniya L.L.

“Uduzmağı sevmirəm”
  • İspaniya L.L.
  • 01:15 23.10.2026
“Uduzmağı sevmirəm”