24 oktyabr 2026. Şənbə

“Alaves” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu


“Alaves” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

İspaniya çempionatının X turunda “Alaves” və “Malaqa” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Gərgin mübarizə şəraitində keçən ilk hissənin sonlarında qonaqlar hesabı açıblar. 44-cü dəqiqədə Adrian Ninyo “Malaqa”nı önə keçirib. Komanda fasiləyədək üstünlüyünü qoruya bilib.

İkinci hissədə “Alaves” hesabı bərabərləşdirmək üçün hücumlarını davam etdirib. Meydan sahiblərinin səyləri matçın sonlarına yaxın nəticə verib. 89-cu dəqiqədə Aytor Manyas fərqlənərək hesabı bərabərləşdirib.

Qalan dəqiqələrdə komandalar daha qol vura bilməyiblər və görüş 1:1 hesabı ilə yekunlaşıb.







İspaniya L.L.

“Uduzmağı sevmirəm”
  • İspaniya L.L.
  • 01:15 23.10.2026
“Uduzmağı sevmirəm”