24 oktyabr 2026. Şənbə

"Messinin futbol karyerasının başa çatması təəssüf doğurur"


"Messinin futbol karyerasının başa çatması təəssüf doğurur"

“Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi klubun əfsanəsi Lionel Messi haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Barca Universal” 19 yaşlı ispaniyalı futbolçunun sözlərini belə çatdırıb.

“Əgər “Barselona” azarkeşisənsə və ya sadəcə futbola maraq göstərirsənsə, Messinin adı çəkiləndə dərhal onun klubumuz və futbol qarşısındakı böyük xidmətləri ilə bağlı gözəl xatirələr yada düşür.

Onun futbolçu karyerasının sona yaxınlaşması təəssüf doğurur. İstərdik ki, belə oyunçular heç vaxt getməsinlər və biz onların oyunundan daim zövq ala bilək. Messinin “Barselona”nın formasını geyinməsinə sevinirəm”

Qeyd edək ki, Lionel Messi karyerasının əvvəlindən 2021-ci ilə qədər “Barselona”da çıxış edib. Hazırda 39 yaşlı hücumçu ABŞ-ın MLS liqasında “İnter Mayami”nin formasını geyinir.

Pau Kubarsi də Messi kimi “Qızıl top” mükafatına namizəddir. Mükafatlandırma mərasimi oktyabrın 26-da keçiriləcək.







İspaniya L.L.

“Uduzmağı sevmirəm”
  • İspaniya L.L.
  • 01:15 23.10.2026
“Uduzmağı sevmirəm”