- İspaniya L.L.
- 09:05 24.10.2026
“Barselona”nın yarımmüdafiəçisi Rodri Ernandes “El Klasiko”nun əhəmiyyətindən danışıb.
90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə “Marca” nəşrinə açıqlamasında bildirib.
“İspaniya futboluna qayıtmaq və “El Klasiko”da iştirak etmək böyük sevincdir. Bu qarşılaşmanın dünya miqyasında nə qədər əhəmiyyətli olduğunu nəzərə alsaq, bunun xüsusi hiss olduğunu demək olar. “El Klasiko”nu izləyərkən bütün dünya sanki dayanır. Ümid edirik ki, hər şey əla keçəcək”
“Mançester Siti”nin sabiq futbolçusu İngiltərə Premyer Liqası kimi çempionatlarda çıxış edən oyunçuların bəzən layiqincə qiymətləndirilmədiyini və La Liqadakı qədər medianın diqqətini çəkmədiklərini də vurğulayıb.
Rodri İspaniyaya qayıtmaq və futbolçuları dünya səhnəsinə çıxaran belə bir qarşılaşmada iştirak etmək fürsəti qazandığı üçün xoşbəxt olduğunu qeyd edib.
La Liqanın X turu çərçivəsində “Barselona” ilə “Real Madrid” arasında oyun oktyabrın 25-də, bazar günü, Barselonadakı “Kamp Nou” stadionunda keçiriləcək. Qarşılaşmanın Bakı vaxtı ilə saat 00:00-da başlaması nəzərdə tutulub.
“Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. Madrid təmsilçisi isə liderdən altı xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.