- İspaniya L.L.
- 16:06 24.10.2026
“Barselona”nın və İngiltərə millisinin cinah hücumçusu Entoni Qordon sosial şəbəkələrin insan həyatına mənfi təsirləri barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçunun sözlərinə görə, sosial şəbəkələr insanın vaxtını həddindən artıq alır və bu vaxtı daha vacib işlərə sərf etmək daha məqsədəuyğundur.
“Sosial şəbəkələr yaranandan bəri mənə elə gəlir ki, dünya daha da pisləşib. Həqiqətən vacib olan yeganə şey evin və yaxınlarındır. Sosial şəbəkələrdən istifadə edəndə özümü günahkar və bədbəxt hiss edirəm”, – deyə Qordon "Sport.es"ə müsahibəsində bildirib.
Qeyd edək ki, Entoni Qordon bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 11 oyunda iştirak edib. Onun hesabında iki qol və beş məhsuldar ötürmə var.