- İspaniya L.L.
- 16:44 24.10.2026
İspaniyanın “Barselona” klubu müdafiəçisi Jerar Martinlə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi 24 yaşlı futbolçu ilə müqaviləni uzatmağı planlaşdırır. Yaxın vaxtlarda tərəflər arasında danışıqlara başlanılacaq.
Komandanın baş məşqçisi Hans-Diter Flik mərkəz müdafiəçisi Jerar Martinin oyun səviyyəsini yüksək qiymətləndirir.
Futbolçunun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun sonunda başa çatır. Onun bazar dəyəri 40 milyon avro təşkil edir.
Jerar Martin cari mövsümdə İspaniya La Liqasında səkkiz oyunda meydana çıxıb və bir sarı vərəqə alıb.