- İspaniya L.L.
- 16:44 24.10.2026
Futbol ictimaiyyətinin səbirsizliklə gözlədiyi “El-Klasiko”da bazar günü “Barselona” öz meydanında “Real Madrid”i qəbul edəcək.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik Madrid klubunun standart vəziyyətlərdəki təhlükəsi ilə bağlı sualı cavablandırıb.
“Standart vəziyyətlərdən qol buraxmamaq üçün hazırlıq görmüsünüzmü?” sualına almaniyalı mütəxəssis belə cavab verib:
“Bu, ‘Real’ın güclü tərəfidir. Onlar standart vəziyyətlərdən istifadə baxımından ən yaxşı komandalardan biridir. Bu gün məsələni müzakirə etdik və hazırlıq gördük. Parisdəki oyunda olduğundan daha yaxşı müdafiə olunmalıyıq”.
Qeyd edək ki, “Barselona” həftə ərzində mövsümdə ilk məğlubiyyətini alıb. Hans-Diter Flikin komandası UEFA Çempionlar Liqasında PSJ-yə 2:4 hesabı ilə uduzub.